Sabah Nyu-Yorkdakı azərbaycanlılar Bakıya gətiriləcək - VİDEO


"Xaricdən ölkəmizə vətəndaşların gətirilməsi mərhələ-mərhələ davam edir”.

Yeniavaz.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

“Bu gün 130 nəfər vətəndaşımız Dağıstandan sərhəddən Azərbaycana keçirilib və karantinə alınıb. İndiyə qədər təkcə Dağıstandan 503 nəfər Azərbaycana keçirilib. Mayın 27-də isə xatırladıram ,Moskvadan 174 nəfər gətirilib.

Nyu-York-Bakı reysi ilə 210 nəfər vətəndaşımız iyunun 10-da Bakıda olacaq. Bundan əlavə, 10 iyundan 30 iyunadək xaricdən çarter reysləri qrafiki hazırlanır və hazırlıq yekun mərhələsindədir”.

DİGƏR XƏBƏRLƏR

Top