Azərbaycanda koronavirusa yoluxanların yaş aralığı üzrə faizləri AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxanların yaş faizi açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların 21 faizinə 50-59, 18 faizinə 30-39, 15 faizinə isə 40-49 yaş aralığında rast gəlinir:

“Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Gənclər arasında koronavirusa yoluxma sayının və xəstəliyi ağır keçirənlərin sayının artması müşahidə edilir. 30-39 yaşı əhatə edən şəxslər arasında xəstəliyi ağır keçirən hallar mövcuddur. Belə hallar evdə müalicəyə cəhd edildikdə müşahidə olunur. İndiyə qədər yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.

DİGƏR XƏBƏRLƏR

Top