Operativ Qərargah Naxçıvana gediş-gəlişin bərpa olunacağı tarixi AÇIQLADI


“Daxili uçuşların iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur. İlkin mərhələdə Naxçıvana həftədə 2 dəfə reys nəzərdə tutulur”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi növbəti brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, daha ətraflı cümə axşamı günü məlumat veriləcək:
“Daxili uçuşların iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur. İlkin mərhələdə Naxçıvana həftədə 2 dəfə reys nəzərdə tutulur. Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər. Uçuşlar zamanı xüsusi qaydalar tətbiq ediləcək. Bu qaydalar, qrafik və başqa təfərrüatlar haqqında bu həftənin cümə axşamı günü mülki aviasiyanın nümayəndələri ictimaiyyətə ətraflı məlumat verəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top