Sumqayıt Şəhər İcra Hakimiyyəti çoxmərtəbəli binalarda liftlərin dəyişdirilməsi və təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Yeniavaz.com xəbər verir ki, vahid dövlət satınalmaları portalında tenderin qalibinin "Bakı Otis Lift" QSC olduğu bildirilir.
Qeyd olunur ki, icra hakimiyyəti qalib şirkətə 4 milyon manat ödəyəcək.

Tətbiqimizi yükləyə bilərsiniz