Polis bölməsindən buraxılan Yasamal sakini: “30 nəfər 5 saat məni döydülər” – İDDİA + VİDEO


“8-i günü səhər-səhər məni apardılar 29-cu bölməyə, 30 nəfər 5 saat məni döydülər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri bu gün azadlığa buraxılan Yasamal sakini Kərim Süleymanov deyib. O bildirib ki, daha sonra 29-cu polis bölməsinin rəisi ondan üzr istəyib:
“Mən Süleymanlı Kərim etibar oğlu, Süleymanov Elvinin qardaşı, 8-i günü səhər-səhər məni apardılar 29-cu bölməyə, 30 nəfər 5 saat məni döydülər, özüm də deyə-deyə “ağciyərim yoxdur, cərrahiyə olmuşam”. Özüm 2009-2011, Mübariz İbrahimovla bir yerdə xidmət etmişəm, iştiraklarım olub döyüşdə. Bunları deyə-deyə, onlar məni 5 saat döyüblər. İnsanı belə döyməzlər. Və nalayiq olan sözlər deyiblər”.
K. Süleymanov bu işə baxılması üçün prezidentə də müraciət edib.
O bildirib ki, onunla birgə saxlanıəlmış 11 nəfər də döyülüb: “Dəfələrlə təkrarlayırdım ki, mənim ağciyərim xəstədir, vurmayın oradan, partlayar ölərəm. Dırnaqdan tutmuş başa kimi hər şey, yəni heyvan kimi döyüblər”.
Xatırladaq ki, Yasamalda polis əməliyyatı zamanı saxlanılan Kərim Süleymanov azadlığa buraxılıb.
Qeyd edək ki, K.Süleymanovun digər qardaşı Elvin Süleymanov evində yatdığı yerdən, yarıçılpaq halda aparılıb və ona inzibati həbs cəzası verilib.

DİGƏR XƏBƏRLƏR

Top