Tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA


“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsinlər”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı deyib.

O xatırladıb ki, sənəd qəbulu iyunun 10-u başa çatır: “Məqsədimiz son tarixlə prosesi yekunlaşdırmaq deyil. Bizdə olan məlumatlar təsdiqini tapmırsa ayın sonuna kimi məlumatları dəqiqləşdirsin, sənədlərin tamlığına diqqət edilsin. İstəyimiz süründürməçilik olmadan rahat şəkildə məsələnin həllini tapmasıdır”.

Qeyd edək ki, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252, magistratura səviyyəsində təhsil alan 1 061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top