ABŞ demokratları Corc Floydu belə yad etdi


ABŞ konqresinin demokrat üzvləri mülayim xasiyyətinə görə insanlar tərəfindən “zərif nəhəng” adlandırılan Corc Floydu 8 dəqiqə 46 saniyə müddətində diz çökərək yad edib. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, müddətin bu qədər uzun davam etməsinin səbəbi Floydun 8 dəqiqə 46 saniyə ərzində nəfəssiz qalması olub. Eyni zamanda konqres üzvləri qaradərililəri təmsil edən şərfləri boyunlarına taxaraq diqqət çəkiblər.
Konqresin iclasında Nümayəndələr Palatasının demokrat başçısı Nensi Pelosi, Demokrat Partiyasının bir qrup üzvü, o cümlədən Nyu York ştatının senatoru Çak Şumer və dekabr ayında prezidentlikdən namizədliyini geri çəkən Kaliforniya senatoru Kamala Harriz iştirak ediblər. İclası keçirməkdə məqsəd polis və məhkəmə sistemindəki irqçi münasibətə son qoymaq üçün qanun layihəsini təqdim etmək olub.

DİGƏR XƏBƏRLƏR

Top