Siyam əkizləri Londonda uğurlu əməliyyatla ayrıldı - FOTO


Türkiyənin Antalya şəhərində dünyaya gələn siyam əkizləri İngiltərədə əməliyyat edilib.
Yeniavaz.com "Cumhuriyet"ə istinadla xəbər verir ki, baş hissəsindən bir-birinə yapışmış halda doğulan siyam əkizləri Londonda keçirilən əməliyyatdan sonra evə buraxılıb. Həkimlər əkizlərin əməliyyatdan sonra cizgi film izlədiyi görüntüləri paylaşaraq səhhətlərinin yaxşı olduğunu bildiriblər. Verilən məlumatlara görə əkizlər Türkiyəyə gətirildikdən sonra həyatlarına normal davam edə bilmələri üçün bir müddət fizioterapiya görəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top