DİN: Hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq


“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd  hallara yol verilib”.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır. 
“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, - deyə E. Zahidov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top