"İlhaq planı Fələstin dövlətinin qurulmasına qətiyyən razılıq verməyəcək" - Netanyahudan AÇIQLAMA

 
“Bir neçə həftə ərzində Qərbi Şəriyənin bəzi bölgələrində ilhaq (birləşdirmə) planı tətbiq olunsa da Fələstin dövlətinin qurulmasına qətiyyən izin verilməyəcək”.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail baş naziri Netanyahu bu açıqlamanı, Qərbi Şəriyədəki 12 qanunsuz yaşayış məntəqəsinin rəhbərləri ilə görüşdə verib.

Qərbi Şəriyədə ilhaq planının bir neçə həftə ərzində həyata keçiriləcəyini, amma birləşdirmə planının Fələstin dövlətinin yaradılmasını əhatə etməyəcəyini, eyni zamanda hökumətin də bunu təsdiq etməyəcəyini bildirib.
Hökumət rəsmisi birləşdirmə planı ilə bağlı ərazilərin xəritəyə salınma işlərinin hələ başa çatmadığına diqqətə gətirib.
Qeyd edək ki, bu məsələdə Trampın Ağ Evdə olması İsrail hökuməti tərəfindən fürsət kimi dəyərləndirilib. 73 ildir açıq qalan məsələninin həllinin məcburi olduğu vurğulanıb. Trampın, İsrail hökumətinin bu məsələyə biganə qalmadığını bilməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Top