Polis üçün ayrılan büdcədə kəsir olacaq - Nyu Yorkda


Polis zorakılığı nəticəsində dünyasını dəyişən afro-amerikalı Floydun haqqını tələb etmək üçün artan islahat tələblərindən sonra birinci tərəfə ayrılan büdcədə kəsir olacağı qeyd edilib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər ki, bu barədə Nyu York bələdiyyə başçısı Bill de Blasio məlumat verib. O, ayrılacaq 6 milyard dolarlıq büdcədən nə qədər kəsir olacağı barədə dəqiq bir şey deməyib. Amma həmin kəsirin sosial xidmətlərə veriləcəyini bildirib.
Qeyd edək ki, hadislərin qeydə alındığı Minneapolis şəhərindən bütün ölkə ərazisinə yayılan, artıq 2 həftədir davam edən etiraz aksiyalarının əsas tələblərindən biri də polisin işində islahatlar aparılmasıdır.             
 

DİGƏR XƏBƏRLƏR

Top