Bu şəhərdə abadlıq işlərinə 4,2 milyon manat ayrıldı


Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tenderlərin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi "Göygöl Təmir-Tikinti Təchizat T.R." MMC və “Ərdağı”MMC olub.
"Göygöl Təmir-Tikinti Təchizat T.R." MMC Gəncə şəhərində küçələrin işıqlandırılması sistemlərinin yenilənməsi işlərini həyata keçirəcək. Bu işlər üçün MMC Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1 milyon 86 min 73 manat 73 qəpik alacaq.
“Ərdağı”MMC isə Gəncə şəhərində abadlıq-quruculuq işlərini yerinə yetirəcək. Bu məqsədlə MMC-yə 3 milyon 174 min 710 manat 26 qəpik ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top