Bəhram Bağırzadə: "Taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram" - AÇIQLAMA


"Adamın temperaturunun qalxmağı hökmən onun koronavirus olduğu deyil ki". Yeniavaz.com xəbər verir ki, bu gün Əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxması barədə xəbərlər yayılıb. B.Bağırzadə sosial şəbəkələrdə haqqında yazılan bəzi iddialara sərt reaksiya verib:

"Məni “o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox. Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən, fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram. Bunu mənə yaxmağa çalışanların ata, ana, bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu onların seçimidir və əgər doğrudan da, belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu mənim şüurlu seçimimdir.

Mənə dəstək verən hər bir kəsə sağ ol deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə. Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı. Hamıya möhkəm can sağlığı və səbr arzu edirəm! Sizin Bəhram Bağırzadə"

 

DİGƏR XƏBƏRLƏR

Top