Son 24 saatda Səudiyyə Ərəbistanında 3045 nəfər koronavirusa yoluxub


Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların sayı 100 mini ötüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Verilən məlumatlara görə, son sutka ərsində 3045 nəfərin COVİD-19-a yoluxması ilə Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 101 min 914 nəfər olub. Son statistikaya görə, ölkədə ümumilikdə 712 nəfər həmin xəstəlik səbəbilə dünyasını dəyişib, 72 min 817 nəfər isə sağalaraq evə buraxılıb. Qeyd edək ki,  bu günə qədər dünyada 7 milyon 16 min 84 nəfər yeni növ koronavirusa yoluxub, 402 min 794 nəfər həmin pandemiyadan dünyasını dəyişib, 3 milyon 432 min 368 nəfər isə sağalaraq evə buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top