"Ermənistanda 100 mindən çox koronavirus daşıyıcısı var" - Nikol Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə olan koronavirus xəstələri barədə danışıb.

Yeniavaz.com xəbər verir ki, Paşinyan bu barədə öz "facebook" səhifəsində məlumat verib. O bildirib ki, elmi araşdırmalar göstərir ki, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var. 
Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan özünün və ailəsinin COVİD-19-a yoluxduğu xəbərini yaymışdı. 
Xatırladaq ki, hazırda Ermənistanda 13130 nəfər koronavirusa yoluxan var. Son sutka ərzində isə 10 nəfər məlum xəstəlik səbəbilə dünyasını dəyişib, 766 nəfər isə həmin virusa yoluxub.  

DİGƏR XƏBƏRLƏR

Top