Qardaşının qatilini ürəyindən bıçaqladı - Sumqayıtda baş verən cinayətin TƏFƏRRÜATI


Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə pul borcu üstündə baş verib. Namiq Rəhimov mübahisə zəminində Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir. 
Xatırladaq ki, Sumqayıtda ölümlə nəticələnən kütləvi dava baş verib. Hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən parkda olub. 

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı üç nəfər bıçaqlanıb. 

1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs isə 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top