Rusiyada xəstəxanada müalicədən imtina edən koronavirus xəstəsi öldü


Rusiyanın Mixailovski Mərkəzi Rayon Xəstəxanasının tibb bacısı COVİD-19-dan dünyasını dəyişib.
Yeniavaz.com “volgasib.ru”-ya istinadla xəbər verir ki, bəhs edilən xəstəxanın işçiləri içərisində 2 nəfərdə yeni növ koronavirus aşkarlanmışdı. Onlardan tibb bacısı kimi fəaliyyət göstərən şəxs evdə müalicə alacağını bildirərək xəstəxanadan imtina etmişdi. Verilən son məlumatlara görə, həmin tibb bacısı öz evində dünyasını dəyişib. Hazırda onunla ünsiyyətdə olmuş hər kəs karantinə götürülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top