Goranboyda taxıl biçininə başlanıldı


İsti iqlimi ilə seçilən Goranboyda taxıl yığımına başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, ilkin mərhələdə kombaynlar arpa sahələrində işə başlayıb.
Təsərrüfat sahibləri hektardan 30 sentiner məhsul yığdıqlarını deyirlər.
Fermerlər bəzi sahələrin daha çox 40-45 sentiner məhsul verdiyini də bildirdilər.
Yığımı itkisiz baş çatdırmaq üçün əsas olan kombayn məsləsidir ki, rayonda hələki adıçəkilən texnikaların çatışmazlığı müşahidə edilmir.
Goranboy rayonunda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250  hektar sahədə buğda əkilmişdir.
Bu il təsərrüfatçılar buğda sahələrindən də yüksək məhsul əldə edəcəklərini proqnozlaşdırlar.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top