Yol polisindən paytaxt yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA


“Gecə saatlarından başlayaraq, xidmətə cəlb olunan əməkdaşlarımız paytaxtın inzibati ərazisinə aid olan bütün küçə, prospekt və yollar tam nəzarətə götürülməklə xidmətlərini davam etdirirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. 
O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində daxil olan bütün müraciətlərə həssas yanaşılır: “Köməyə ehtiyacı olanlara dərhal və vaxtında müvafiq köməklik göstərilir. Bu saata qədər onlarla tibbi müdaxilə zərurəti yaranması ilə bağlı daxil olan müraciətlər üzrə həmin şəxslər xəstəxanalara çatdırılıblar”.

DİGƏR XƏBƏRLƏR

Top