Həftəsonu qadağası veriləndən sonra marketlərdə izdiham - VİDEO


Koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə dünya təcrübəsinə əsaslanaraq artıq Azərbaycanda da həftə sonlarında küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, rəsmi olaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. İki gün ərzində vətəndaşlar yalnız həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, yaxın qohumların dəfni üçün evi tərk edə bilərlər. Digər halda cərimələr tətbiq olunacaq.

“Bravo” Supermarketlər şəbəkəsi yaydığı məlumatda Operativ Qərargahın qərarına əsaslanaraq market əməkdaşlarının işlərini yekunlaşdırıb evlərinə çatmasını təmin etmək üçün bu gün saat 21:00-dan bağlı olacağını bildirib. 8 iyun, bazar ertəsi 24/7 rejimində işləyən marketlər saat 08:00-da, digərləri isə öz normal iş saatlarında xidmət göstərməyə başlayacaq. 

Ötən gün gecə saatlarına qədər əhali 2 günlük ərzaq tədarükünü təmin etmək üçün mağazalara üz tutub. 

Mağazalarda ötən gün yaranmış son vəziyyəti təqdim edirik: 

DİGƏR XƏBƏRLƏR

Top