İcazəsi olan şəxslər işə necə gedəcək? - RƏSMİ

“İşləməsi üçün icazə verilən vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, işə gedənlər xidməti nəqliyyatdan istifadə edə bilərlər, ictimai nəqliyyat isə işləməyəcək.

“Yaxın adamların dəfni ilə bağlı 102 xidmətinə zəng edilib, icazə alınacaq. Keçən dəfə belə hallardan sui-istifadə halları olmuşdu”, - deyə sədr əlavə edib. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top