Tramp aksiya vaxtı sığınacağa nə üçün getdiyini açıqlayıb


"Mən Ağ Evin sığınacağına baxış üçün getmişdim. Çox qısa müddət orada oldum. Yalançı mətbuat hadisəni səhv məcraya yönəldir”.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Bundan əlavə o, “Fox News Radio”da Brayan Kilmidin proqramında iştirak etdiyi vaxt ölkədə təşkil olunan nümayiş və gündəmdə olan digər məsələlərə də toxunub. Prezident bazar ertəsi günü Ağ Evin qarşısında yerləşən Müqəddəs Cons Kilsəsinə getmək üçün nümayişçilərə gözyaşardıcı qazla müdaxilə olunmadığını deyib. Eyni zamanda o vurğulayıb ki, nümayişçilər arasında təxribatçılar var: "Bunu yaxın vaxtda görəcəksiniz. Bəlli yerlərdə insanlara daşlar verirlər, sonra bu daşlardan cəbhəxana kimi istifadə edirlər”.
Tramp həmin daşların Milli Qvardiyanın işçilərinin və hərbçilərin yaraladığını dilə gətirib.
Xatırladaq ki, bir müddət əvvəl Corc Floydun ölümünə görə təşkil olunan nümayişlərdə prezidentin Ağ Evdəki sığınacağa aparıldığı xəbəri yayılmışdı. 
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top