Obama ABŞ-da baş verən zorakılıq hadisələrindən danışdı - VİDEO


ABŞ-ın keçmiş prezidenti Barak Obama son günlər yaşanan zorakılıq və şiddət hadisələri barədə fikirlərini bildirib.
Yeniavaz.com
"New York Times"a istinadla xəbər verir ki, Obama son vaxtlar artan ölüm və şiddət hadisələrindən narahatlığını bildirib:
"Həddən artıq şiddət və zorakılıq hallarının şahidi olan gənclərə səslənirəm. İstəyirəm ki, həyatınızın, xəyallarınızın dəyərli olduğunu biləsiniz. Həmişə evə gedəndə qızlarımın, bacı və qardaşlarımın üzünə baxanda inkişafa, çiçəklənməyə layiq olan potensial görürəm. Küçəyə çıxanda, maqazinə gedəndə, maşın sürəndə narahatlıq keçirmədən sevinc dolu həyat yaşamalısınız. Ümidinizi itirməyin. Çünki, bütün baş verənləri daha yaxşı hala gətirməyə sizin gücünüz çatır".
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da Corc Floyd adlı şəxs polis zorakılığı nəticəsində dünyasını dəyişmişdi. Hadisədən sonra bir çox məşhur, siyasətçi, dövlət başçıları çıxış edərək baş verənləri sərt şəkildə qınamışdılar. Onlar sırasında, tanınmış basketbolçu Maykl Cordan, Kanadanın baş naziri Castin Trudeu, ABŞ-ın sabiq prezidenti Barak Obama da var.

DİGƏR XƏBƏRLƏR

Top