Polis tərəfindən öldürülən Corc Floydda koronavirus aşkarlandı


Bir neçə gün əvvəl polis zorakılığı səbəbilə dünyasını dəyişən Corc Floydda COVİD-19 aşkarlandığı bildirilib.
Yeniavaz.com
"ABC News"a istinadla xəbər verir ki, Floydun cəsədinin müayinəsi zamanı onda yeni növ koronavirus olduğu məlum olub. Həkimlər tərəfindən verilən açıqlamaya görə, ikinci sınaq zamanı testin cavabı müsbət çıxıb. Həmin xəstəlik 46 yaşlı Floydda asimptomatik olaraq özünü göstərib. Ancaq, bu xəstəliyin ölümə səbəb olacaq dərəcədə olmadığı bildirilib.
Qeyd edək ki, Corc Floyd ABŞ-da saxta 20 dollarlıq əskinas istifadə etməkdə şübhəli bilinərək saxlanılmışdı. Daha sonra polisin ona sərt müdaxilə etməsi ilə dünyasını dəyişmişdi. Hazırda ABŞ-da, Fransada, Avstraliyada bu hadisə ilə bağlı etiraz aksiyaları keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top