Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradıldı


Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
O bildirib ki, Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb.
Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

Top