İngiltərə klublarında 9 nəfərdə koronavirus aşkarlanıb


İngiltərə Çempionşip klublarının futbolçuları və işçi heyətinin koronavirus testinin nəticəsi açıqlanıb.

9 nəfərdə bu infeksiyaya yoluxma aşkarlanıb.

Mayın 30-da və iyunun 2-də 1094 test olub və 9 nəfərin nəticəsi müsbət çıxıb. 6 kluba məxsus olan həmin şəxslər qaydalara uyğun olaraq özlərini təcrid ediblər. Martda XXXVII turdan sonra dayandırılan Çempionşipdə mübarizə iyunun 20-də bərpa olunacaq.

Qeyd edək ki, bu gün Premyer Liqa klubu "Tottenhem" bir nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top