
Xəbər verdiyimiz kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm “Yeni Musavat”a açıqlamasında xəstələrin sayında artım olduqca reanimasiyada yer tapılmadığını, vəziyyətin ciddiləşdiyini qeyd etmişdi. Məsələni araşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında hal-hazırda elə bir halın olmadığını qeyd etdi: “Hal-hazırda bizim belə bir problemimiz yoxdur. Lakin brifinqdə Ramin həkim hər zaman qeyd edib ki, artım olduqda bütün ölkələrdəki kimi bu hal qaçınılmaz olacaq. Çünki xəstəxanalarda müəyyən qədər limit var”.
Süni nəfəs aparatlarında çatışmazlıq olub-olmaması ilə bağlı suala isə Rəvanə Əliyeva indidən bununla bağlı proqnaz verməyin mümkün olmadığını bildirdi.
İlahə Hüseynova