
Türkiyə və Azərbaycan qarşılıqlı olaraq vizasız qalmaq müddətini 90 günədək uzadıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 iyun tarixində qərar imzalayıb.
Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.
Xatırladaq ki, əvvəllər bu müddət 30 gün idi.
İlahə Hüseynova
