Nyu-York şəhərində komendant saatı tətbiq edilib


Nyu-York rəhbərliyi etiraz aksiyaları və iğtişaşlar səbəbilə bazar ertəsi axşamdan etibarən şəhər ərazisində komendant saatının tətbiqinə başlayacaq.
Bu barədə şəhərin meri Bill de Blazio “Twitter” səhifəsində bildirib.
“Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, - deyə mer öz səhifəsində yazıb.
 
Qubernator Kuomo isə “Twitter” səhifəsində bildirib: “Nyu-York şəhərinin sakinləri, saat 23:00-dan sonra evlərinizi tərk etməməlisiniz”.

Qeyd edək ki, bazar ertəsi günü axşam saatlarında Nyu-York polisi – Manhetten və Bruklin rayonları üstünlük təşkil etməklə – 250-dən çox aksiya iştirakçısını saxlayıb. Bu rayonlarda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaların əsas səbəbi afroamerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən saxlanılması zamanı ölməsidir.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top