Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi


Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.
Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top