
Mingəçevirdə yük maşınının təkərinin partlaması qəzaya səbəb olub
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində, 1-ci paralel küçəsində baş verib.
Hərəkətdə olan qumla dolu “Hovo” markalı yük maşınının qəfildən təkərinin partlaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Yuzafif İmanov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir