"Terrorçu elan olunacaqlar" - Trampdan AÇIQLAMA


ABŞ prezidenti Donald Tramp, qaradərili Corc Floydun ölümü ilə başlayan etiraz aksiyalarını zorakılığa çevirməkdə günahlandırdığı “ANTIFA” qrupunun terror təşkilatı elan olunacağını açıqlayıb. 
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tarmp, bu qrupla bağlı  “Twitter” hesabında başqa bir məlumat da yayıb.
Belə ki, Milli Qvardiya qoşunları tərəfindən Minneapolisdə etiraz aksiyalarını davam etdirən "ANTIFA” qrupunun hərəkətlərinin dünən gecə saatlarında nəzarətə götürüldüyünü deyərək, onları təbrik edib.
Qvardiyaçıların işini dəstəkləyən Tramp, ilk gündən onların əməyindən iştifadə edilməsinin lazım olduğunu qeyd edib. Demokratların rəhbərlik etdiyi digər ştat və şəhərlərin rəhbərliyini də onların köməyindən istifadə etməyə səsləyib.
ABŞ-ın “ANTIFA” qrupunu terror təşkilatı kimi tanıyacağını qeyd edən Tramp, "saxta xəbərlər" yayan media qaynaqlarını nümayişlərdə qəzəb və anarxiyanı yaymaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top