DİM sədri abituriyentlərə müraciət etdi – “Bu halda imtahana buraxılmayacaqsız”


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qəbul imtahanlarına gələn abituriyentlərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, DİM sədri imtahana buraxılış vərəqəsində yazılan vaxtda gəlmələrini bildirib:
"İmtahana buraxılış vərəqəsinin üzərində yazılan vaxtda gəlmək lazımdır. Abituriyentlər nə o vaxtdan tez, nə də gec gəlməsinlər. Biz istəməzdik ki, imtahan binaların qarşısında insanlar toplaşsın və sosial məsafə qaydaları pozulsun.  Bununla həm onların sağlamlığı qorunacaq, həm də imtahana daxil olma prosesini tezləşdirəcək”.
Məleykə Abbaszadə eyni zamanda hərarəti 37-dən yüksək olan abituriyentlərin imtahana buraxılmayacağını da qeyd edib: “İmtahan binalarının qarşısında həkimlər olacaq. Hərarəti yüksək abituriyentlər olarsa həkimlər onlarla məşğul olacaqlar".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top