Gəncənin girişində güclü tıxac yaranıb – FOTOLAR


Gəncə şəhərinin girişində güclü tıxac yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə saytımıza sürücülərdən biri məlumat verərək, fotolar göndərib. Məlumata görə, artıq bir saata yaxındır ki, tıxacda qalıblar. Fotolarda şəhərə girmək istəyənlərin daha çox olduğu müşahidə edilib.
Qeyd edək ki, bugündən etibarən Azərbaycanda xüsusi karantin rejimi daha da yumşaldılaraq bir çox iş yerləri fəaliyyətini bərpa edib. Lakin, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun giriş-çıxışlarına tətbiq olunan qadağa iyun ayının 15-ə qədər uzadılıb.
Yeniavaz.com sözügedən fotoları təqdim edir:


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top