Əflatun Amaşov mənzil qalmaqalı barədə: “Nəticələr maraqlı olacaq...”

Bir qrup jurnalist Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Vüqar Səfərlinin onlara verilən vəzifədən sui-istifadə edərək, jurnalistlər üçün nəzərdə tutulmuş mənzillərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verildiyini iddia edib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.

Şura sədrinin sözlərinə görə, əgər jurnalistlər hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırlmasında maraqlıdır: "Mən hazırda jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki, fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtakarlıq olmasında xəbərsizəm. Müraciət edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq".

Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa cəzalandırılmalıdır: "Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür. Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa hüquqi qiymətini almalıdır".

Media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.

DİGƏR XƏBƏRLƏR

Top