Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB + FOTO

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb. 
Yeniavaz.com xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

***     13:26
Bərdədə bıçaqlanma olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.
Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

DİGƏR XƏBƏRLƏR

Top