Başından bıçaqlanan uşaqla bağlı DİN-dən AÇIQLAMA


“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”. 

Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlının məcburi əməyə - dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb:

“Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top