Mingəçevir sakini dostunun evində ölü tapıldı


Mingəçevir sakini mənzildə ölü vəziyyətdə tapılıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Heydər Əliyev, ev 41 ünvanında qeydə alınıb. 
Süleyman adlı şəxsin meyiti dostunun mənzilində aşkar olunub. Hadisənin hansı zəmində  baş verdiyi hələlik məlum deyil.
Meyit məhkəmə tibbi ekspertiza laboratoriyasına təhvil verilib. 
İlkin məlumata görə, ölən şəxsin Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top