Mingəçevirdə 3 uşaq atası özünü asıb


Mingəçevir şəhərinin Heydər Əliyev prospektindəki Yeni köçkün qəsəbəsinin sakini Vüqar Nəbiyev intihar edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə may ayının 26-sı axşam saat 18 radələrində baş verib. Belə ki, tut yeyən azyaşlı uşaqlar, 44 yaşlı Ağdam rayonundan məcburi köçkün V. Nəbiyevi özünü asmış vəziyyətdə tapıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Qeyd edək ki, intihar etmiş V. Nəbiyev 3 uşaq atası idi.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top