“Mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:
“Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.
G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.