KİV: Əbülfəs Qarayev və Elçin Quliyevə CİNAYƏT İŞİ AÇILDI

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxardığı iddia edilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə "Gununsesi.org" saytı məlumat yayıb.

Məlumata görə, Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı Britaniyanın “Evening Standard” qəzeti araşdırma aparıb.

Qəzetin yazdığına görə, hazırda məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Sözügedən mətbuat orqanı Azərbaycan hökumətinin Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışdığını da iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top