Güclü külək Goranboyda ağacları kökündən qopardıb


Gecə saatlarında güclənən külək  Goranboy rayonunda ağacları kökündən qopardıb, daş hasarı uçurdub.
Qəfil güclənən külək rayon ərazisində və bir neçə kənddə iri gövdəli ağaclar küləyə tab gətirməyərək aşıb.
Xoşbəxtlikdən hadisə zamanı hər hansı xəsarət qeydə alınmayıb. Güclü külək nəticəsində, rayonun bir neçə  yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, elektrik təsərrüfatına, kənd təsərrüfatı sahələrinə, tikililərə və bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib. Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması ilə bağlı operativ işlər həyata keçirilib. Rayon İcra hakimiyyətindən bildirlib ki, yaşayış məntəqələrində enerji təminatı bərpa edilib, digər fəsadların aradan qaldırılması istiqamətində isə işlər davam etdirilir.
Goranboy rayonunun Heydər Əliyev prospektində təbiət hadisəsi zamanı iri gövdəli ağac yola düşüb. Hadisə zamanı xəsarət alan olmasada yolda avtomobillərin gediş-gəlişində çətinlik yaranıb. Eləcə də rayonun bir neçə kəndində elektrik enerji verlişində fasilələr yaranıb.

Esmira Hidayətova,Goranboy.

DİGƏR XƏBƏRLƏR

Top