Baş prokurorun yeni müavinləri kimlərdir? - Maraqlı DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də imzaladığı Sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini  Elçin Məmmədbağır oğlu Məmmədov 1971-ci ildə anadan olub, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası prokurorluq orqanlarına qulluğa qəbul olunaraq Azərbaycan nəqliyyat prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, 1994-cü ildən Azərbaycan nəqliyyat prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsinin prokuroru, 1995-ci ildən Azərbaycan nəqliyyat prokurorluğunun böyük müstəntiqi, 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2002-ci ildən həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, 2012-ci ildən Gəncə şəhər prokurorunun müavini vəzifələrində çalışmış, 03 fevral 2016-cı il tarixdən Lənkəran prokuroru vəzifəsində işləyir. Rus dilində sərbəst bilir.
Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Heybət oğlu Camalov 1969-cu ildə anadan olub, 1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində çalışmış, 2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət etmiş, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, 2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışmış, 06 noyabr 2019-cu il tarixdən Mingəçevir şəhər prokuroru vəzifəsində işləyir.Rus dilində sərbəst bilir.
Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 
Nazim Hafiz oğlu Rəcəbov 
1964-cü ildə anadan olub, 1989-cu ildə Karaqanda Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra Qazaxıstan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləmiş, 1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına keçirilmə qaydasında işə qəbul olunaraq Azərbaycan nəqliyyat prokurorluğunun prokuror-kriminalisti və baş müstəntiqi vəzifələrində işləmiş, 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin Qanunvericiliklə iş üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru, böyük prokuror-metodisti, 1995-ci ildən Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru və böyük prokuroru, 2001-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində çalışmış, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə işə keçirilərək həmin şöbənin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində işləmiş, 29 yanvar 2015-ci ildə prokurorluq orqanlarına işə keçirilərək Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib, III dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə N.Rəcəbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Baş prokurorunun 20.12.2019-cu il tarixli 11/685-k nömrəli əmri ilə isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Rus dilində sərbəst bilir.
N.Rəcəbov Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top