Ermənistan Gürcüstandan üzr istəyib


Ermənistan Səhiyyə Nazirliyi Gürcüstan səhiyyə sisteminin tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.  

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan  ötən gün mətbuatda Gürcüstan səhiyyəsi ilə bağlı aşağılayıcı fikirlər səsləndirmişdi.

A.Torosyan Gürcüstanda COVID-19-a qarşı mübarizədə zəif anti-epidemioloji sistemin və səhiyyə xidmətinin olduğunu demişdi.//APA

DİGƏR XƏBƏRLƏR

Top