Gəncədə külək irigövdəli ağacları kökündən qoparıb - FOTO


Gəncədə axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib. Yeniavaz.com xəbər verir ki, axşam saatlarından əsməyə başlayan güclü külək bir sıra küçələrdə iri ağacları kökündən qopardıb. Şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, o cümlədən bir sıra digər ərazilərdə də ağaclar aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurulmar tərəfindən iş aparılır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top