Azərbaycanda ölənlərin sayı kəskin artıb - RƏSMİ


Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 848 nəfər və ya 0,1% artaraq 2020-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 79 min 956 nəfərə çatıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablma göstərir ki, ötən ilin analoji dövrü ayı ilə müqayisədə bu ilin mart ayında ölənlərin sayı 27% və ya 1 229 nəfər artaraq 5 min 792 nəfərə çatıb.
Son 5 ilin mart ayında Azərbaycanda qeydə alınan ölüm hallarının sayı belə olub:
2016 Mart – 4 min 566 nəfər
2017 Mart – 4 min 790 nəfər
2018 Mart – 4 min 903 nəfər
2019 Mart – 4 min 563 nəfər
2020 Mart – 5 min 792 nəfər
Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında isə ölkədə 16 min 8 ölüm qeydə alınıb ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 8,1%  və ya 1197 ölüm çox olub.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top