Ağırlaşan və ölümlə nəticələnən halların bir çoxu bununla əlaqədardır – TƏBİB-dən AÇIQLAMA


“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ağırlaşan və ölümlə nəticələnən halların bir çoxu evdə özünü müalicəyə cəhdlə əlaqədardır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi növbəti brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, Xəstəlik aşağı tənəffüs yollarına doğru hərəkət etdikcə, xəstəliyin klinik əlamətləri meydana çıxa bilir: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ağırlaşan və ölümlə nəticələnən halların bir çoxu evdə özünü müalicəyə cəhdlə əlaqədardır. Elmi-statistik nəticələr onu deməyə əsas verir ki, xəstəliyin ilkin yoluxması periodunda, inkubasiya periodunun həmən ardından, yuxarı tənəffüs yollarından əldə olunmuş biomaterialda nəticə pozitiv çıxır. Xəstəlik aşağı tənəffüs yollarına doğru hərəkət etdikcə, xəstəliyin klinik əlamətləri meydana çıxa bilir. Bu zaman ağciyərdə ciddi zədələnmə əlamətləri meydana çıxa bilir”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top