Bakı Bulvarında balıq sürüsü görüntüləndi - VİDEO


Xəzər dənizinin Bakı Bulavrı ərazisinə düşən hissəsində sürü halında balıqlar müşahidə edilib.
Yeniavaz.com xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılıov bunu əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıb və belə bir şərh yazıb:
"31 ildir Bakıda yaşayıram, Dənizkənarı Bulvarda bu qədər balıq görməmişdim. Daha çox sevinərdim əgər neft ləkələri olmasa".
Həmin kadrları təqdim edirik:
Bu barədə Yeniavaz.com-a danışan Aslan İsmayılov bildirdi ki, neft ləkələri balıqların çoxalmasına mane olan başlıca amildir:
"Orda əsasən kefal balıqları idi. Aralarında kütüm balığı da var idi. Dənizin üzündəki neft ləkələri balıqların çoxalmasına mane olan əsas amildir. Amma xoş haldır ki, mən dənizdə yosun əmələ gəldiyini gördüm, bəzən meduza da görünür. Bu o deməkdir ki, dəniz təmizlənir”.
Hüquqşünas həmçinin sözügedən ləkələrdən əlavə dənizə kanalizasiya da axıdıldığını dedi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə nəzarət etmədiyini iddia etdi:
"Dənizdəki neft ləkələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləməlidir. Neft ləkələrinin əmələ gəlməsinin səbəbi odur ki, SOCAR-a məxsus gəmilər motoru təmizləyən zaman, çirkli yağları dənizə tökürlər. Bu da ləkə şəklində dənizə yayılır. Həmin ərazidə dənizə kanalizasiya axıdılır ki, bu da oradan ifunət iyinin gəlməsinə səbəb olur. Xəzərin başqa yerlərində də çoxlu kanalizasiya xətləri birbaşa dənizə axıdılır ki, bunun da qarşısını Ekologiya və Təbii Sərvətlər Nazirliyi almalıdır".
Görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənmək istəsək də, zənglərimiz cavabsız qaldı.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top