Azərbaycanda bu sahədə işləyənlər ayda 5200 manat əmək haqqı alırlar - SİYAHI


Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat təşkil edib. 
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 830,1 manat, qeyri neft-qaz sektorunda 674,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 634,5 manat, özəl müəssisələrdə isə 893,1 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 798,9 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 456,2 manat. Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 528,7 manat, tikintidə 892,8 manat, maliyyə və sığorta sahəsində 1 707,6 manat, ticarət sektorunda 588 manat, informasiya və rabitə sahəsində 1079,4 manat olub.
2020-ci ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri CƏMİ Dövlət Qeyri-dövlət
Ölkə üzrə – cəmi 744,5 634,5 893,1
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 424,9 398,8 458,4
Mədənçıxarma sənayesi 3 798,9 1 711,0 5 194,5
Emal sənayesi 688,2 814,6 662,0
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 692,7 689,0 907,6
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 573,3 534,8 978,6
Tikinti 892,8 677,1 994,3
Ticarət; nəqliyyat vasitələrinin təmiri 588,2 489,5 589,0
Nəqliyyat və anbar təsərrüfatı 903,7 904,7 902,1
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 588,0 1 171,3 568,4
İnformasiya və rabitə 1 079,4 795,5 1 464,9
Maliyyə və sığorta fəaliyyəti 1 707,6 1 766,7 1 693,9
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 715,4 575,6 833,5
Peşə, elmi və texniki fəaliyyət 1 145,7 660,9 1 896,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 530,8 495,2 588,5
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 938,4 971,7 305,5
Təhsil 528,7 519,5 844,5
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 456,2 453,1 481,0
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 512,5 470,6 1 126,0
Digər sahələrdə xidmətlərin göstərilməsi 685,9 844,8 669,4

DİGƏR XƏBƏRLƏR

Top