"Waterloo"da təhsil almaq istəyən gənc dəstək üçün dövlət qurumlarından cavab gözləyir - FOTO

"Muradın dünyanın ən güclü Universitetlərindən olan "Waterloo" Universitetinin Komputer Mühəndisliyi fakültəsində oxumağına dəstək göstərməsi üçün 27 Aprel 7 quruma müraciət göndərdik. 25 gün keçdi, 7 qurumdan indiyə kimi 2-si rəsmi cavab göndərdi".

Yeniavaz.com xəbər verir ki, bu sözləri qardaşının xaricdə təhsil almasına dəstək üçün dövlətə müraciət edən Nərgiz Məmmədova deyib. O bildirib ki, Murad Məmmədov 1 iyun tarixinə qədər Universitetə gedib-gedə bilməyəcəyi barədə məlumat verməlidir:
"Müraciət etdiyimiz 7 qurumdan yalnız Azərbaycan Respublikası Dövlət Neft Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab verilib və dəstək ola bilməyəcəklərini bildiriblər. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Gənclər Fondu, SOCAR  və  "PASHA Holding LLC "- dən isə hələlik heç bir cavab gəlməyib".

Verilən məlumatlara görə, "Waterloo" Universitetinin 500-dən çox dəyəri milyardlarla ölçülən  startupların ortaya çıxdığı nöqtədir. "Uber", "Lyft", "Ritual", "Tophat", "Tylip Retail", "Wish", "Kik Interactive", "Instacart", "Applyboard", "Desire2Learn" və sair kimi 700-dən çox beynəlxalq texnologiya şirkətlərinin və startuplarının qurucularındandırlar.

Nərgiz Məmmədova həmçinin bildirib ki, dəstək olmaları üçün Universitetin özünə də müraciət ediblər ancaq, COVİD-19 səbəbilə onlara güzəşt edə bilmədikləri deyilib: "Biz çox istərdik ki Muradın xərclərini özümüz qarşılayaq və bu mesajı yazmağa gərək olmasın. Dövlətimizə sığınırıq. Səsimizə səs verin. Bizi xoş xəbərlə sevindirin. Muradın potensialı çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top